EVRIKA CHARITY FAIR

Ümumi Qaydalar və Təlimatlar

1. Ümumi prinsiplər

  • Tədbir xeyriyyə məqsədi daşıyır.

2. İştirak

  • İştirak könüllülük əsasındadır.
  • Stend açmaq istəyən sinif/müəllim əvvəlcədən qeydiyyatdan keçməlidir.
  • Hər stend üzrə məsul şəxs sinif rəhbəridir.
  • Məhsul siyahısı və qiymətlər əvvəlcədən təsdiqlənməlidir.

3. Ödəniş sistemi

  • Tədbirdə yalnız EVRIKA BETL tokenləri istifadə olunur.
  • Nağd pul və kart stendlərdə qəbul edilmir.
  • Bütün ödənişlər yalnız kassada edilir.
  • 1 AZN = 1 Token.

4. Qiymət siyasəti

  • Qiymətlər yalnız bu nominal üzrə olmalıdır: 1 • 5 • 10 • 20 • 50 token.
  • Fərqli rəqəmlər istifadə edilmir.
  • Qiymətlər mütləq şəkildə stenddə lövhədə göstərilməlidir.

5. Stend qaydaları

  • Stendlər tədbirdən 30 dəqiqə əvvəl hazır olmalıdır.
  • Məhsullar səliqəli və təhlükəsiz şəkildə saxlanmalıdır.
  • Qida məhsulları gigiyenik qaydalara uyğun təqdim edilməlidir.

6. Şagird davranışı

  • Nizam-intizam qorunmalıdır.
  • Tullantılar dərhal təmizlənməlidir.

7. Tədbirin sonunda

  • Hər stend topladığı tokenləri kassaya təhvil verir.
Qaydaların pozulması halında təşkilatçılar tərəfindən müvafiq tədbirlər görülə bilər.